Xəyyam Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq

21:40 | 30.07.2018
Xəyyam Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq

Xəyyam Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq

Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi sabah Bakı Musiqi Akademiyasında keçiriləcək.
 
Bu barədə APA-ya Mədəniyyət nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib. O bildirib ki, bəstəkarla vida mərasimi sabah saat 12-dən 14-dək davam edəcək.
 
Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.

 
Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM