Zabit Səmədov böyük döyüşə belə hazırlaşır - VİDEO

10:47 | 15.08.2018
Zabit Səmədov böyük döyüşə belə hazırlaşır - VİDEO

Zabit Səmədov böyük döyüşə belə hazırlaşır - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə döyüşəcək.

BAKU.WS-in məlumatına görə, həmyerlimiz döyüşə xüsusi rejimdə hazırlaşır. Rəqibi qarşısında qələbə qazanmaq arzusunda olan Zabit yağışın altında məşq edir. Rəqiblərini bir-bir məğlub edən Zabit bu dəfə Bris Quidonu rinqdən başıaşağı göndərmək istəyir.  

Qeyd edək ki, K-1 döyüşçüsü,  2 metr boya malik fransalı ilə döyüş avqustun 16-da Çeçenistan paytaxtı Qroznıda baş tutacaq. Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum gününə həsr olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb