100-dək məktəbli dəm qazından zəhərlənib

17:16 | 28.12.2017
100-dək məktəbli dəm qazından zəhərlənib

100-dək məktəbli dəm qazından zəhərlənib

APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə Çuy vilayətindəki kəndlərin birində baş verib. 

VII-VIII siniflərin şagirdləri məktəbin idman zalında rəqs meydançası hazırlayıblar. Elektrik enerji kəsildiyindən onlar generatordan istifadə etmək qərarına gəliblər, nəticədə idman zalına dəm qazı dolub. 

Qırğızıstan Səhiyyə Nazirliyindən bildiriblər ki, 6 nəfərin vəziyyəti ağır kimi dəyərləndirilir. Onlar hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilir ki, xəstəxanaya gətirilən 75 nəfərdən dördü müəllimdir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM