11 minə yaxın türkün pasportu ləğv edildi

21:44 | 22.07.2016
11 minə yaxın türkün pasportu ləğv edildi

11 minə yaxın türkün pasportu ləğv edildi

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra təxminən 11 min vətəndaşın pasportu ləğv olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə yerli NTV telekanalına ölkənin daxili işlər naziri Efkan Ala bildirib.

"Bu gün Türkiyə hökuməti dövlət çevrilişi cəhdindən sonra 10 856 nəfərin pasportunu ləğv edib”, - ölkənin DİN rəhbəri deyib.

Qeyd edək ki, iyulun 18-də türkiyəli məmurlara ölkəni tərk etməyə qadağa qoyulub. Həmçinin xüsusi göstərişlərə qədər dövlət işçilərinin məzuniyyətə buraxılması da dayandırılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb