Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq - Paşinyan

10:40 | 02.05.2024
Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq - Paşinyan

Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq - Paşinyan

Ermənistan sərhəd qoşunlarını delmitasiya olunmuş ərazilərdə yerləşdirəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

"Yəni sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq”, - o bildirib. 

Siyasətçi onu da bildirib ki, ola bilsin ki, Müdafiə Nazirliyinin postu Ermənistanın suveren ərazisindən çıxarılsın, çünki respublikanın silahlı qüvvələri sərhəddə xidmət etməli olmayacaq.

Bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi heç bir ölkənin müdaxiləsi olmadan iki ölkə arasında razılaşdırma əsasında aparılır. 
 
Aprelin 29-da Baş nazirin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb ki, Ermənistan və Azərbaycan Tavuş bölgəsində sərhəd hissəsinin delimitasiyası işlərinin 50%-dən çoxunu başa çatdırıb. 
 
Bundan əvvəl Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı danışıqları tam dəstəklədiyini açıqlayıb. 
 
Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb