Helikopter 52 milyonluq yaxtaya çırpıldı

15:40 | 12.05.2017
Helikopter 52 milyonluq yaxtaya çırpıldı

Helikopter 52 milyonluq yaxtaya çırpıldı

Norveçdəki Sandviken şəhərində helikopterlə yaxta toqquşub.

anews.az European-a istinadən bildirir ki, dəyəri 1,5 milyon dollar olan "Eurocopter AS-350B Ecureuil" helikopteri Şetland adalarından havaya qalxaraq Sandvikenə yönəlmişdi.

Helikopter 52 milyon dollar dəyərindəki "Barcarella" superyaxtasına enməli idi.

Lakin yaxtaya yaxınlaşan AS-350B-də qəflətən problem yaranıb və helikopter sürətlə aşağı düşərək yaxtaya çırpılıb. Az sonra isə AS-350B dənizə düşüb.

Qəzada 3 britaniyalı yaralanıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM