178 sərnişinin olduğu bərə yanıb

11:00 | 20.05.2017
178 sərnişinin olduğu bərə yanıb

178 sərnişinin olduğu bərə yanıb

İndoneziyada 178 sərnişinin olduğu bərə yanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Maritime Executive" nəşri xəbər verib.
 
 
Nəşrin məlumatına görə, hadisə zamanı 3 nəfər ölüb, 84 sərnişinin taleyi isə naməlumdur. Ölkənin xilasetmə xidməti 91 nəfərin xilas edildiyini bildirib.
Bərə Yava adasından Borneo adasına doğru hərəkət edirmiş. Yanğın başlayanda ekipaj üzvləri alovu söndürməyə çalışıb. Lakin onlar buna nail ola bilməyiblər. Belə olduqda kapitan heyət üzvlərinə və sərnişinlərə bərəni tərk etmək və xilasetmə jiletlərini geymək göstərişini verib.
İtkin düşənlərin axtarışına başlanılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb