18 yazarın ingilis dilində olan kitabı hazırdır

13:03 | 06.06.2014
18 yazarın ingilis dilində olan kitabı hazırdır

18 yazarın ingilis dilində olan kitabı hazırdır

Jurnalist Ekspert Mərkəzinin (JEM) “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı 4 aylıq layihə çərçivəsində hazırladığı kitab artıq nəşriyyata təhvil verilib. 
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan kitabda Azərbaycanın tanınmış 18 yazarının hekayəsi toplanıb. 
Hekayələr  peşəkar tərcüməçilər - Sevil Gültən, Kamran Nəzirli, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günay Rəhimova tərəfindən azərbaycancadan ingiliscəyə çevrilib.  Mətinləri amerikalı mütəxəssis Phobe Lavri redaktə edib. 
 
Bu barədə saytımıza JEM sədri Ceyhun Musaoğlu məlumat verib. Onun sözlərinə görə, iyunun 12-13-də “Bizim hekayələr sizin dildə” adlı kitab işıq üzü görəcək. Beynəlxalq Mətbuat Mərkəzində kitabın tədiqimat mərasimi keçiriləcək. 
Ölkəmizdə fəaliyyət göstərən səfirliklərə, beynəlxalq təşkilatlara, xarci şirkətlərə, o cümlədən xaricə işgüzar səfər edən QHT əməkdaşları tərəfindən əcnəbi həmkarlarımıza pulsuz paylanacaq kitabda aşağdakı müəlliflərin hekayələri əksini tapıb: 
bağışlayacaqlar. 
1.Musa Quliyev ( Urud) - “Uruda iki səfər” 
2. Əgdər Ol - “Kamança” 
3. Rəşad Məcid - “10 sentyabr” 
4. Səlim Babullaoğlu - “Yağışlı axşamların birində”. 
5. Məqsəd Nur - “Ud” 
6. Afaq Şıxlı - “Bir insan ömrünün son gecəsi” 
7. Şahnaz Kamalova - “Savalan” 
8. Kamran Nəzirli - “Ağ ev” 
9. Xalid Kazımlı - ““Pəncşir aslanı”nın bənzəri” 
10. Kənan Hacı - “Boz ilan” 
11. Şərif Ağayar - “Anaxanım” 
12. Natiq Məmmədli - “Xəlbir”. 
13. İlqar Rəsul - “Xərçəng və qırmızı tramvay” 
14. Azər Abdulla - “Bazarlıq” 
15. Qan Turalı - “Gənc qadının və Şaxta babanın qətli” 
16. Fəxri Uğurlu - “Leylinin məcnunluğu” 
17. Vüsalə Məmmədova - “Rəngləyən” 
18. Nicat Qafuroğlu - “O” 
JEM-in məlumatında xüsusi olaraq vurğulanır ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdı. Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını görsünlər. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM