2 milyona yaxın abonent təbii qazla təmin olunub

23:10 | 09.08.2016
2 milyona yaxın abonent təbii qazla təmin olunub

2 milyona yaxın abonent təbii qazla təmin olunub

Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 928 997-ə çatıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, 2016-cı ilin iyul ayı ərzində "Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10263 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2417-si Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 7846-sı isə regionların payına düşüb.

Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 928 997-ə çatıb.

Avqustun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 131 257 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 365 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb