2014-cü ilin "Ən yaxşı 10 qol"u - SİYAHI

00:08 | 14.11.2014
2014-cü ilin "Ən yaxşı 10 qol"u - SİYAHI

2014-cü ilin "Ən yaxşı 10 qol"u - SİYAHI

FİFA Puskas Mükafatı üçün namizədləri açıqlayıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, unudulmaz macar futbolçu Ferenc Puskasın xatirəsinə 2009-cu ildən bəri təşkil edilən ''Ən yaxşı qol'' mükafatının namizədləri arasında Zlatan İbrahimoviç, Robin van Persie və Xames Rodriguez də var.FİFA və "France Football" jurnalının internet səhifələri üzərindən aparılan səsvermə 1 dekabra qədər davam edəcək.Bu tarixdən etibarən namizəd sayı 3-ə düşəcək və mükafat 12 yanvar 2015-ci ildə İsveçrənin Sürix şəhərində keçiriləcək FİFA Qızıl Top Qala Mərasimində tədim olunacaq. 2014-cü ildə "Ən yaxşı qol" nominasiyasında namizədlərTim Kehill : Avstraliya - HollandiyaDieqo Koşta: "Atletico Madrid" - "Hetafe"Marko Fabian: "Cruz Azul" - "Puebla"Zlatan İbrahimoviç: "PSJ" - "SC Bastia"Pajtim Kasami: "Crystal Palace" - "Fulham"Stephanie Roche: "Peamount United" - "Wexford Youths"Xames Rodriguez: Kolumbiya - UruqvayCamilo Sanvezzo: "Vancouver Whitecaps" - "Portland TIMBERS"Hisato Sato: "Sanfrecce Hiroshima" - "Kawasaki frontal"Robin van Persie: İspaniya - Hollandiya ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM