Bakıda dəhşətli tıxac

09:45 | 26.02.2015
Bakıda dəhşətli tıxac

Bakıda dəhşətli tıxac

Bu gün səhər saatlarında Bakının əsas girişlərindən biri hesab olunan Avtovağzal - "Şamaxinka” istiqamətində dəhşətli tıxac müşahidə olunur. 

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əsasən Xırdanal, Sumqayıt və Binəqədi rayonu Biləcəti qəsəbəsindən şəhərə gələn yollarda hərəkət dayanmaq həddinə çatıb. 

Tıxacın, Xocalı soyqırımının 23-cü ildönümü münasibəti ilə şəhərdəki bəzi yollarda hərəkətin məhdudlaşdırılması səbəbindən baş verdiyi güman olunur. Bununla bağlı Bakı şəhər DYPİ rəhbərliyi sürücülərə əvvəldən xəbərdarlıq etmişdi. 

Qeyd edək ki, yolun Bakı şəhərindən çıxışı istiqamətində avtomobillərin hərəkəti intensivdir. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM