Dollar yenidən bahalaşdı

09:49 | 17.03.2015
Dollar yenidən bahalaşdı

Dollar yenidən bahalaşdı

Bu gün martın 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi qalxıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 17-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,001% bahalaşaraq 1,0488 manat səviyyəsində müəyyən edilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0062 manat və ya 0,56% bahalaşaraq 1,1019 manat olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb