Qəfil sual: 31 Mart nə günüdür? - ANN.TV

09:55 | 30.03.2015
Qəfil sual: 31 Mart nə günüdür? - ANN.TV

Qəfil sual: 31 Mart nə günüdür? - ANN.TV

Böyük millətlərin, xalqların şanlı və zəngin tarixləri olur. Amma çox təəssüf ki, bu şanlı və zəngin tarix səhifələrində qanlı, qırğınlı hadisələr də az olmur. Azərbaycanlılar bir millət olaraq dəfələrlə soyqırımına məruz qalıb, qadınları, körpə uşaqları, ahıl qocaları süngüyə keçirilib, odda yandırılıb, başları kəsilib və ağlagəlməz işgəncələrə məruz qalıb. Tariximizin belə bir səhifəsi də var 31 MART -  1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı dəhşətli qırğın törədilib. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1919 və 1920-ci illərin mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Sonradan sovetlərin vaxtında bu tarix unutdurulmağa, həqiqiliyindən uzaqlaşdırılmağa başlayıb. Tarix saxtakarlığı sevmir və nə vaxt da olsa, həqiqət öz yerini tapır. Artıq uzun illərdir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü dövlət səviyyəsində təqvimə daxil edilib.

ANN.Az xəbər portalının əməkdaşları bu qanlı hadisə ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib. Görəsən, adi vətəndaşlar bu soyqırımla bağlı hansı məlumata malikdir? Buyurun, video-süjeti izləyin:

Hazırladılar:
Fəridə Alıyeva
Raim Əliyev

ANN.Az
 
 
 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb