Bu rayonlarda qaz olmayacaq

10:08 | 27.05.2015
Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Bu gün Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarında və Bakı şəhəri Xəzər rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, yeraltı və yerüstü qaz xətlərində yaranmış qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz xətləri üzərindəki qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9:00-dan işlər başa çatanadək Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarının bir hissəsinə, həmçinin Bakı şəhəri Xəzər rayonunun Binə, Qala və Buzovna qəsəbələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM