2016-cı ildə nə vəd olunur? - PROQNOZLAR

13:00 | 01.01.2016
2016-cı ildə nə vəd olunur? - PROQNOZLAR

2016-cı ildə nə vəd olunur? - PROQNOZLAR

Bu il gəlir və xərclərinizə nəzarət etməlisiniz.


Qoç (21 mart - 20 aprel) bürcünün nümayəndələri, 2016-cı ildə iş həyatında uğurlar əldə etmək üçün ilin ilk aylarında enerjinizi doğru yönə sərf etməlisiniz. Ən əsası doğru qərarlar verərək doğru addımlar atmalısınız. İlin müəyyən dönəmlərində canınızı sıxacaq və kefinizi pozacaq hadisələr yaşanacaq. Bəzilərinin gözlədiyi yüksək məbləğdə gəlirin gəlməsində gecikmələr yaşana bilər.

2016-cı ildə gəlir və xərcləmələrinizə nəzarət etməlisiniz. Əks halda maddi çətinliklər yaşaya bilərsiniz.
Aprel ayında birlikdə işlədiyiniz insanlarla aranızda istəmədən söz-söhbətlər yaşana bilər. Odur ki, bir qədər güzəştli davranmağınız lazımdır. İlin ikinci yarısında isə bu cür problemlər aradan qalxacaq.

Sevgi və məhəbbət münasibətlərinizdə 2016-cı ilin gəlməsi ilə gözəl dəyişikliklərin olacağı proqnozlaşdırılır. 2015-ci ildə olduğu kimi 2016-cı ildə ara-sıra duyğusal sıxıntılarınız olacaq. İlin ilk aylarında həyatınızda bir qədər sükut hökm sürə bilər.
Xüsusən də gənclərə qurmaq istədikləri münasibətlərdə diqqətli olmaq məsləhət görülür. Qısa sürən münsibətlər sizə zərər və güvən itkisi verə bilər.



Bəzi qoçlar evlilik qərarı alacaq. Qarşı tərəfin hisslərindən və öz hisslərinizdən əmin deyilsinizsə, heç təklif etməyə dəyməz.
Evli olan qoç bürcü nümayəndələrinin ailələrinə ciddi diqqət ayırması lazımdır.

Qoçlar bu il öz sağlamlıqlarından çox sevdikləri insanların sağlamlığının qeydinə qalmaq məcburiyyətində qalacaqlar. Xüsusən də sağlamlıq vəziyyəti ilə əlaqədar maddi sıxıntılar yaşayan əzizlərinizə kömək etməli olacaqsınız. Öz sağlamlığınıza gəldikdə, bu il mədənizin qeydinə qalmağınız məsləhətdir.




Buğa (21 aprel - 20 may) bürcü nümayəndələri, 2016-cı ildə iş həyatınızda tez-tez dəyişikliklər baş verəcək. Odur ki, ilin ilk aylarından etibarən özünüzü bu vəziyyətə hazırlamalısınız. Ani dəyişikliklər sizdə ruh düşkünlüyü yarada bilər. Sizi önə çəkə biləcək xüsusiyyətlərə sahibsiniz. Bu cür bacarıqlarınızı 2016-cı ildə istifadə edərək uğur əldə edə bilərsiniz.

2016-cı ildə bəzi buğalar iş yerlərini dəyişdirmək məcburiyyətində qalacaqlar. Bu dəyişimə görə üzülməyin. Çünki dəyişikliklər sizə çox faydalı yeniliklər gətirəcək. Bu il ərzində böyük bir insan çevrəsinə sahib olacaq, layihələrinizi gerçəkləşdirmək üçün şanslarınız olacaq. İş həyatınızda sərbəstlik arzu edirsinizsə, bu il arzunuza çatmaq üçün ideal hesab olunur.
Həmişə ehtiyat üçün mütləq pul yığmağa çalışın. İl ərzində müəyyən maddi sıxıntılar yaşaya bilərsiniz. Şərikli işlə məşğul olanların şərikləri ilə problemləri yarana bilər, çalışın problemləri şişirməyəsiniz.

2016-cı ili əksər buğalar üçün möhtəşəm məhəbbət ili də adlandırmaq olar. Siz bu xoşbəxtliyə layiqsiniz. Keçmişdə məhəbbət sarıdan bəxtiniz gətirməsə də bədbinliyə qapılmağınıza gərək yoxdur. Keçmişi geridə qoymağın əsl vaxtıdır. Qarşınıza çıxan yaxşı insanları qiymətləndirin. 
Sevdiyiniz insanla münasibətlərin yolunda getməsi sizi daha da ruhlandıracaq. Bir sözlə, hər kəs sizin məhəbbətinizə heyranlıqla tamaşa edəcək.
Bəzi buğaların sevgi münasibətlərində yaz aylarında sıxıntılar yaşanacaq. Duyğusal olaraq çətin günlər yaşayacaqsınız. Əgər bu halları aradan qaldırmaq istəyirsinizsə, münasibətlərinizə bir qədər ara verin.
Evlilik planları quranlar, artıq çox yaxşı düşünmüsünüzsə, əmin olduğunuz insanla ailə qura bilərsiniz.

Əgər bəzi buğalar düşünürlərsə ki, qarşıdakı insan onu sevmir, münasibətlər qane etmir, ürəyindən ayrılmaq keçirsə, yaxşı düşünüb qərar versin. 
Sağlamlığınızda problem olacağı gözlənilmir. Qidalanmağınıza fikir versəniz, yaxşı olar. İl ərzində bir qədər yorğun düşə bilərsiniz.



Əkizlər (21 may - 21 iyun) bürcünün nümayəndələrini 2016-cı ildə iş həyatında irəliləyişlər gözləyir. Ard-arda iş danışıqları ilə davam edəcək meymun ili sizə bol qazanclar vəd edir. Eyni zamanda işlə əlaqədar səyahətlər də qaçılmazdır. Sizinlə eyni fikirdə olmayan iş yoldaşlarınızla münaqişəyə girməyiniz ziyanınıza ola bilər.

Bəzən işləriniz istədiyiniz kimi getməyə bilər, unutmayın ki, əsəbiləşməklə heç nəyə nail olmayacaqsınız. Sakitləşin və ağıllı-başlı problemləri necə həll edə biləcəyinizi düşünün. Kiçik problemləri böyütmədikcə işinizdə uğurlar əldə edəcəksiniz.

Sevgi həyatınızda həm xoşbəxt, həm də üzüntülü günləriniz ola bilər. Amma unutmayın ki, problem hər zaman qarşı tərəfdə deyil. Necə deyərlər, özünüzdəki səhvləri də görməyə çalışın. Məhz bu il əsl yetişkin insanlar kimi qərarlar verin. Çünki sevdiyiniz şəxs sizdən məhz bunu gözləyir.

2016-cı ilə sevgilisiz girən əkizlər yalnızlığın daşını bu il atacaq. Daha çox könül əyləndirməyə üstünlük verən insanlar, unutmayın ki, bu cür davam etsəniz, heç bir zaman əsl məhəbbətinizi tapmayacaqsınız. Bu il duyğularınıza daha hakim olacaqsınız, nə istədiyinizi tamam ayırd edə biləcəksiniz. 
İyul ayına qədər həyatınızda qısa sürən münasibətlər olsa da ağıllı davrandığınız halda uzun sürən münasibətlər qura bilərsiniz. Həyatınıza yeni dostlar, yeni insanlar daxil olacaq.

Sağlamlıq vəziyyətinizdə o qədər də güclü problem görünmür. Lakin iş rejimizə görə bir qədər orqanizminiz ağırlıq çəkdiyindən ağrılarınız ola bilər. 2016-cı ilin ilk 3 ayında yetərincə dincəlməyə çalışın. Çox miqdarda yağlı və xəmir yeməkləri ilə qidalanmaq artıq çəki almağınıza səbəb ola bilər.

İlin müəyyən vaxtlarında bir qədər əsəbi olacaqsınız, çalışın stresi aradan qaldırmaq üçün kitab oxuyub idmanla məşğul olasınız.



Xərçəng (22 iyun - 22 iyul) bürcü nümayəndələri, 2016-cı il sizlərə ən uğurlu il olacaq. Bu il yatırım etmək istəyənlər ürəklə istədikləri bir işə sərmayə qoya bilər.

Şərikli biznes qurmaq istəyənlər şəriklərinin maddi bazalarından istifadə edərək birlikdə zirvəyə doğru asanlıqla qalxa biləcəklər. İl ərzində müəyyən qədər də olsa əsəblərinizə təsir edən hadisələr olacaq, mütləqdir ki, problemləri görməzdən gəlməyəsiniz. Xırdalıqlara varmaq, ən kiçik problemlərə qədər fikir verərək onları həll etmək iş sahəsində sizə uğur bəxş edəcək.

Təbii ki, iş sahəsində əldə etdiyiniz bu uğurları çoxlarının gözü götürməyəcək və sizinlə rəqabətdən doğan münaqişələr yaşana bilər. Yaxşısı budur ki, heç kimə fikir vermədən yalnız irəliyə baxasınız.

Sevgi həyatınız bir qədər gərgin olduğundan düşünürsünüz ki, bu münasibət sadəcə sizə zərər verir. Bunun üçün münasibətlərə son verməyi qərara alacaqsınız. Lakin bu cür ciddi addım atmazdan qabaq yaxşıca düşünməyiniz vacibdir.
Bir müddət münasibətlərinizə ara verib sevdiyiniz insanla yeni səhifə açaraq xoşbəxt ola bilərsiniz. Yəni ayrılıq hər zaman tək çıxış yolu deyil.

Həyatının sevgisini axtaran xərçənglərin də bu il bəxtinin gətirəcəyi gözlənilir.
2015 ci ili səhhətindən şikayətlənən xərçənglər mütləq yeni ildə həkim müayinəsindən keçməlidir. Səhhətinizdə yaranan problemlər sizi ruhdan salmamalıdır. Qidalanmağınıza ciddi fikir verərək bu problemlərin öhdəsindən gələ bilərsiniz.



Şirlərin (23 iyul - 23 avqust) şəxsi və iş həyatında 2016-cı il normal olaraq uğurlu və uğursuz dönəmlər bir-birini əvəz edəcək. Əsasən iş yerində sizinlə eyni düşüncəyə sahib olmayan insanlarla işləməli olacaqsınız. Bu il ciddi bir iş həyatına qədəm qoyan şir bürcü nümayəndələrinin məsuliyyəti artacaq. 

Bu dönəmlərdə daha çox təcrübələr toplayaraq iş həyatınızda daha aktiv olacaqsınız ki, bu cür aktivlik sizin şəxsi həyatınızda da özünü göstərəcək. İstədiyiniz həyata sahib olmaq sizin əlinizdədir sadəcə bunun üçün ciddi şəkildə çalışmalısınız. Bir sözlə, bu il gələcək üçün yaxşı planlar quraraq gözəl gələcəyə sahib olmaq üçün bol şansınız var. Sadəcə olaraq bütün şansları doğru dəyərləndirmək və düzgün planlar qurmaq lazımdır.

Şir bürcünün nümayəndələrinin sevgi həyatında müəyyən sıxıntılar ortaya çıxacaq. Canınızı sıxan bir münasıbəti davam etdirməyə dəyməz. Bu cür münasibətlərdən qaçmağınız məsləhətdir. Əgər sevdiyiniz şəxslə hər hansı problemləriniz varsa, bunu oturub danışaraq həll etməyə çalışın.

Əgər həyatınıza yeni bir insan daxil olubsa, dərhal hisslərinizə qapılmayın, ilk öncə həmin insanı yaxşıca tanımağa çalışın. Çünki hisslərinizə qapılmaq sizin ziyanınaza ola bilər. Yalnız şir bürclərininsə həyatında 2016-cı ilin may ayından sonra müəyyən dəyişikliklər gözlənilir. Bu dönəmlər qarşınıza yaxşı insanlar çıxacaq. Bu insanlara şans verməyiniz məsləhətdir.

Sağlamlıq məsələlərinə gəldikdə isə bu il fiziki olaraq dəyişmək arzusunda olacaqsınız. Bu arzu sizdə yaranan artıq çəki problemləri ilə bağlı olacaq. 2016-cı ildə sağlamlığınızda heç bir problem olmayacaq. Tez-tez idmanla məşğul olmağınız sizin sağlamlığınıza öz müsbət təsirini edəcək.



Qız (24 avqust - 23 sentyabr) bürcü nümayəndələrinin 2016-cı il iş həyatında çətinliklərlə müşahidə olunacaq. Çünki siz bu il qazanc arxasınca qaçmaqdan çox öyrənməyə, yeni təcrübələr qazanmağa üstünlük verəcəksiniz. Qatılacağınız çoxsaylı konfranslar, seminarlar sizdə özgüvən hissini artıracaq və çox biliklər əldə edəcəksiniz. Bürcünüzdən irəli gələn sadəliyinizlə hər zaman öndəgedənlərdən olacaqsınız. Keçmişdə rəhbərliklə yaşadığınız problemlərdən dərs alaraq gələcək həyatınızda səhvlərə yol verməməyə çalışın.

Sevgi həyatınızda bir qədər dedi-qoduların, söz-söhbətlərin artacağı dövrlər baş qaldıracaq. Çox dəqiq bir bürcün nümayəndələri olmanızdan dolayı siz doğrunu yalnışdan asanlıqla ayıra biləcəksiniz.

Həyatınızda çox hörmət etdiyiniz insanlardan ibarət heyran kütləniz olacaq. Bəziləriniz ikili münasibətlərə daxil olacaq. Sentyabr ayından sonra həyatınızda axtardığınız məhəbbəti tapacaq və sevgi dolu bir dönəmə qədəm qoyacaqsınız.
Sağlamlığınızla bağlı ciddi problemlər görünmür. Keçmişdə hər hansi bir xəstəlik keçirənlərin daha çox ehtiyatlı olması tələb olunur. Sağlam həyat tərzi keçirməyə başlasanız daha yaxşı olar.



Tərəzi (24 sentyabr - 23 oktaybr) bürcü nümayəndələrini 2016-cı ildə bol fürsətlər gözləyir. Bu il həm pulunuzu, həm də biliklərinizi artıracağınız bir il hesab olunur. İl ərzində çoxlu təcrübələr qazanacaqsınız. Bu il özünüzü iş yerində bir qədər sübut etməyiniz lazım gələcək.

Maaşlarınızda artım gözlənilir. İşlədiyiniz yerdə rəhbərlik tərəfindən işiniz bəyəniləcək. Siz nə istədiyini bilən insanlardansınız. Paxıllığınızı çəkən insanlar həddindən çoxdur. Amma siz heç kimə fikir vermədən daim irəliyə baxmalısınız. İl sonuna qədər maddi vəziyyətiniz gözlədiyinizdən yaxşı olacaq.

Tərəzilər 2016-cı ildə sağlam təməllər üzərində sevgi münasibətləri quracaq. Münasibətlərinizin uğurlu gələcəyinin olması üçün əlinizdən gələni edəcəksiniz. Keçən il həyatınıza girən yalnış insanlar səbəbindən inamsız davranacaq, lakin qəbul etdiyiniz qərar sizi yanıltmayacaq.

Bəzi tərəzilər ailələrinə qarşı 2015-də çox laqeyd davransa da bu il səhvlərini düzəldəcəklər.
Keçmişdə çox sevdiyiniz bir insanın geri dönmə ehtimalı var. Bütün şərtləri dəyərləndirməlisiniz. Əgər o insanla yenidən münasibətə başlamaq istədiyinizə əminsinizsə, başlayın.

Bəzi tərəzilərin isə dostluq etdikləri qızla və yaxud da oğlanla duyğusal yaxınlaşma son olaraq yeni sevgi münasibətinin yaranmasına səbəb olacaq.
Evli olan tərəzilər aldıqları qərarlar barədə həyat yoldaşları ilə müzakirələr aparsa yaxşı olar. Çünki bu cür hallar ailənizdə söz-söhbətlərə səbəb ola bilər.

Sağlamlıq vəziyyətiniz isə bir qədər ürəkaçan olmayacaq. Qidalanmağınıza, istirahətinizə diqqət yetirin. İdmanla məşğul olmalısınız. Yuxu rejiminizə xüsusi diqqət yetirin. İl ərzində həkim müayinəsindən keçməyiniz məsləhətdir.



Əqrəb (24 oktyabr - 22 noyabr) bürcü üçün 2016-cı il iş həyatının aktiv dövrü hesab oluna bilər. İlin birinci yarısına qədər fiziki və zehni olaraq yorğun düşsəniz də əldə edəcəyiniz uğurlar sizi sevindirəcək. 

İşinizlə yaxud da ödəmələrinizlə bağlı xəbər gözləyirsinizsə, alacağınız xəbərlərin sizi xoşbəxt edəcəyinə əmin ola bilərsiniz.
İlin müəyyən dövrlərində maddi vəziyyətinizin ağırlaşmasını istəmirsinizsə, bir qədər qənaətli davranaraq xərcləmələrinizə nəzarət etsəniz yaxşı olar.

2016-cı il yeni iş qurmaq və ya işləmək arzusunda olanlar üçün uğurlu sayıla bilər.
Bu il sevgi həyatı əqrəb bürcü üçün bir qədər fərqli olacaq. Yalnız qalmaq ehtiyacını bu il bir qədər kənara qoyacaqsınız. Artıq həyatınıza yeni insanların girməsini istəyəcək, həyatınızın sevgisini axtaracaqsınız. Narahat olmayın səbrli davrandığınız təqdirdə istədiyiniz sevgini əldə edəcksiniz.
Yeni ilin ilk aylarında sizi özünə cəlb edəcək bir insanla tanış olacaqsınız. Əgər sevgiliniz varsa bu il münasibətlərinizi təhlükəyə atacaq vəziyyətlərə düşməməyə çalışın.
Evli olan əqrəb bürcü nümayəndələrinin ailələrində yaşanan problemlərin öz həllini tapacağı gözlənilir. Evlilik qərarı verirsinizsə mütləq özünüzdən əmin olaraq bu addımı atmağınız məsləhətdir.

Bu il ərzində sağlamlığınız qaydasında olcaq. Psixoloji olaraq özünüzü bir qədər narahat hiss edə bilərsiniz. Dincəlməyə çalışın. Əsəblərinizə təsir edəcək hallardan uzaq durun. Sizin üçün çox hərəkətli bir il olacağından yorula bilərsiniz.



Oxatan (23 noyabr - 21 dekabr) bürcünün nümayəndələri, bu il tələsik qərarlardan uzaq durmalı və hər şeyin öz zamanı var prinsipinə əməl etməlisiniz. Layiq olduğunuz zirvəyə qalxmağınız üçün çox çalışmağınız lazımdır. Qarşınıza gözəl fürsətlər çıxacaq. Bu fürsətlər qarşısında necə davranacağınızı bilsəniz, uğurlu nəticələr əldə edəcəksiniz. Maaşınızda artımlar gözlənilir.

İş yerində sizin fikirlərinizə önəm verən, düşüncələrinizi dəyərləndirən insanlarla çalşmağınız sizə çox xeyir verə bilər.
Sevdiyiniz insanla münasibətlərinizin istədiyiniz kimi getməsi sizi sevindirəcək. Daha ciddi qərarlar almağınıza təsir göstərəcək. Evlilik münasibətləri üçün özünüzdən əminsinizsə, bu ilin sizin üçün ideal il olduğunu bilməlisiniz.

2016-cı ilə yalnız qədəm qoyanlara da bu il xoş süprizlərin olacağı gözlənilir. İş həyatınızda olduğu kimi sevgi münasibətlərində də tələsik davranmamağınız məsləhətdir. Özünüzə xoşbəxt olmaq üçün şans verin. Çünki bu il istədiyiniz, arzuladığınız insanı tapmaq imkanı var. Keçmişin ağrı-acılarını unutmağa çalışın. Hal-hazırda yaşadığınız münasibət sizin ürəyinizi sıxırsa bu cür hallara son verməyə çalışın.

Evlilik qərarı almısınızsa sevdiyiniz şəxsin sizə qarşı olan hisslərindən əmin olmağa çalışın.
2016-cı ildə enerjinizə qənaət edin.Yuxu rejiminizə qarşı diqqətli olmağa çalışın. Qidalanma rejiminə ciddi fikir versəniz yaxşı olar. Sağlam həyat prrinsiplərinə sadiq qalmayanların orqanizmlərində narahatlıqlar müşahidə olunacaq. 2016-cı ildə idmanla daha tez-tez məşğul olmağınız məsləhət görülür. Tez-tez təmiz havada gəzmək, kitab oxumaq sizin üçün xeyirli olacaq.



Oğlaq (22 dekabr - 20 yanvar) bürcü nümayəndələrini 2016-cı ildə uğurlu nəticələr əldə etmək üçün çox fürsət gözləyir. Ötən illər ərzində yığdığınız pulları bu il sərfəli işlər üçün sərmayə qoya bilərsiniz. Doğru addımlar atacaq, sizi zirvəyə doğru aparacaq işlərlə məşğul olacaqsınız.

Oğlaq bürcünün nümayəndələri yetərincə qənaətcil insanlar olduğundan pullarını hara xərcləməli olduqlarını çox yaxşı bilirlər. Odur ki, 2016-cı il girməmişdən öz planlarınızı qurmağa çalışın. Ciddi qərar verməzdən əvvəl yaxşı-yaxşı götür-qoy edin. İlin bəzi vaxtlarında xüsusən də əvvəlində sizi narahat edən vəziyyətlər ola bilər, amma ilin sonlarına doğru sizi rahatladacaq dəyişikliklər olacaq.

Sevgi həyatınızda gözləmədiyiniz şərtlərlə qarşılaşa bilərsiniz. Sizi çox xoşbəxt edə biləcək dəyişikliklər ola bilər. Əsasən də ilin ilk aylarında bir insanla uzun müddətli münasibətlər quracağınız gözlənilir. Ciddi münasibətlər qurmazdan əvvəl qarşınızdakı insanın fikirlərindən əmin olmağa çalışın. Əgər yalnızlıqdan bezmisinizsə dostlarınızın və sosial ətrafınızın sizə bəxş etdiyi fürsətləri dəyərləndirməyə çalışın.

Evli olan oğlaq bürcü insanları isə həyat yoladşları ilə birlikdə çox gözəl günlər keçirəcək. Aranızdakı bütün problemləri bir kənara qoymağın artıq vaxtı gəlib. Ailənizə və sevdiklərinizə vaxt ayırın.
2016-cı ilin son aylarında keçmiş sevgilinizlə yenidən münasibətlərinizin bərpa olunacağı ehtimal olunur. Əgər ayrıldığınız insana qarşı hələ də nələrsə hiss etdiyinizi düşünürsünüzsə, bu fürsəti dəyərləndirin.

Bu il sağlamlığınızla bağlı xırda problemləriniz ola bilər. Qidalanmanıza fikir verin və hərəkətli həyat tərzi keçirin. 2016-cı ildə sümükləriniz bir qədər həssaslaşacaq, idamla məşğul olursunuzsa bir qədər ehtiyatlı davranın.Yaz aylarında üz dəriniz həssaslaşacaq, qabaqlayıcı tədbirlər görməyə çalışın.



Dolça (21 yanvar - 20 fevral) bürcünün nümayəndələri üçün 2016-cı il fərqli bir il olacaq. Geridə qoyduğunuz 2015-ci ildə qazancınız bol olsa da, bu il bir qədər maddi vəziyyətinizdə qarışıqlıq hökm sürə bilər. Əsasən də 2016-cı ilin fevral ayında maddi vəziyyətinizin həddindən artıq pisləşəcəyi gözlənilir. 

Məntiqli və təmkinli davranacağınız təqdirdə keçən il qazandığınız uğurlu nəticələri bu il də əldə edə bilərsiniz. Bir qədər planlı və qənaətli olmağa çalışın. Həyatınızda yeniliyə ehtiyac görürsünüzsə, səyahət etməyə çalışın.

Bu il axtardığınız həyəcan dolu sevgini tapacaqsınız. Uzun çəkən yalnızlığın daxilinizdə bir qorxu, boşluq yaratmağına icazə verməyin. 2016-cı ilin ilk aylarında sosial olaraq aktiv olmağa başlayacaqsınız. Sevgidə bəxtiniz əsasən ilin ilk aylarında gətirməyə başlayacaq istədiyiniz insan sizə yaxınlaşaraq ürəyini aça bilər. 

Bəzi dolçalar isə artıq evlilik qərarı verəcəklər. Birlikdə olduğunuz insanla münasibətlərinizi qorumaq üçün əlinizdən gələni edəcəksiniz.

Bəzi dolçalar güvən problemi yaşayacaq. Lakin çox keçmədən bunun öhdəsindən gələ biləcəklər. Kiməsə güvənmək lazımdır. Evli dolça bürcü nümayəndələri üçün 2016-cı il evliliklərinin ən gözəl ili hesab edilə bilər.
Bəzi dolça bürcü nümayəndələri isə sərbəst olmaq ehtiyacı duya bilər. Anlaşılmayan davranışlar göstərməkdənsə sevdiyiniz insanla bir müddət ayrılmaq daha yaxşı olar.

İlin müəyyən dönəmində sevdiyiniz şəxsin sizə yetərincə diqqət etmədiyini düşünəcəksiniz. Lakin bu vəziyyəti şişirtmək lazım deyil. Danışmazdan əvvəl yaxşı-yaxşı düşünün.
Sağlamlığınızla bağlı heç bir problem görünmür. Əsasən fiziki olaraq özünüzü çox yormayın. Stresli, səs-küylü yerlərdən uzaq qalmağa çalışın. 



Balıqlar (21 fevral - 20 mart) 2016-cı ildə iş həyatınızda müsbət dəyişikliklər olacağı gözlənilir. Keçən il başladığınız işləri bu il ərzində yekunlaşdıraraq bol gəlirlər əldə edəcəksiniz. Maddi vəziyyətiniz günü-gündən yaxşıya doğru gedəcək. Bu ili uğurunuzun bol olduğu il də adlandırmaq olar. Reallaşdırmaq üçün xəyalını qurduğunuz layihələrinizi gerçəkləşdirəcəksiniz. Bəzi balıqlar şərikli işlər quracaq. Lakin işə başlamazdan əvvəl iş görəcəyiniz insanı yaxşıca araşdırmalısınız.

2016-cı il sevgi münasibətlərində duyğusal olan balıqlar üçün müsbət irəliləyişlər gözlənilir. Sevdiyiniz insanla aranızda yaşanan problemləri həll edəcəksiniz. 

Bəzi balıqlar qısa müddətli ayrılıqlarla nəticələnən münaqişələr yaşayacaq. Problemlər sizin ürəyinizi sıxsa da münasibətlərinizin zərər görməyini istəmirsiniz. Lakin unutmayın ki, problemlərinizi bir birinizə danışmağınız daha məqsədəuyğundur.

2016-cı ilə yalnız girən bəzi balıqların həyatında gözəl yeniliklər gözlənilir. İlin ilk aylarında qarşınıza çıxan insanla duyğusal yaxınlaşma yaşayacaq və ciddi münasibətlərin təməlini qoyacaqsınız.

Bu insan iş yerindən yaxud da oxuduğunuz yerdən biri ola bilər.
Balıq bürcünün nümayəndələri bu il sağlamlıqlarından muğayət olsalar yaxşı olar. Sağlamlığınızda bəzi problemlər ortaya çıxa bilər. Bu problemlər sümüklərinizlə bağlı olacaq. Odur ki, sümüklərinizə ziyan verə biləcək ağır hərəkətlərdən uzaq durmağa çalışın.
Bəzi zərərli vərdişlərinizdən bu il xilas olmalısınız.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb