“NBC Bank”: Lisenziyamız bərpa olunub

19:58 | 02.02.2016
“NBC Bank”: Lisenziyamız bərpa olunub

“NBC Bank”: Lisenziyamız bərpa olunub

"NBCBank” ASC Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib. Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş ödhəliklərin icrasına başlanılıb.

Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə "NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması barədə qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib.

Konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb