Davudoğlu: "Azərbaycana dəstəyimiz davam edəcək"

16:00 | 19.04.2016
Davudoğlu:

Davudoğlu: "Azərbaycana dəstəyimiz davam edəcək"

Baş nazir AŞPA-dakı çıxışında beynəlxalq ictimaiyyəti Ermənistana xəbərdarlıq etməyə çağırıb

 "Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son gərginlikdə çoxlu sayda itkinin olması artıq status-kvonun davam edə bilməyəcəyini göstərir”.
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu AŞPA-nın plenar sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanın atəşkəsi pozmasının təsirlərinin Naxçıvan Muxtar Respublikasına da yayılması narahatlıq üçün səbəbdir: "Beynəlxalq ictimaiyyət və xüsusilə Minsk Qrupunun həmsədrləri silahlı təxribatları və atəşkəs pozuntularını dayandırması üçün Ermənistana xəbərdarlıq etməlidir. ATƏT-in Minsk Qrupunun üzvü olaraq Türkiyə münaqişənin sülh yolu ilə həlli səylərinə dəstək verir. Azərbaycanın işğal altındakı ərazilərinin tez bir zamanda azad olunması ilə bağlı Azərbaycana dəstəyimiz də davam edəcək". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb