Avro və qızıl bahalaşdı

10:00 | 12.05.2016
Avro və qızıl bahalaşdı

Avro və qızıl bahalaşdı

Mayın 11-də Amerika fond bazarında "Dow Jones" indeksi 1,21% ucuzlaşaraq 17 711,12 bənd, "S&P 500" indeksi 0,96% azalaraq 2 064,46 bənd, "Nasdaq" isə 1,02% geriləyərək 4 760,69 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,09% bahalaşaraq 6 162,49 bənd, Fransa "CAC-40"-ı 0,50% ucuzlaşaraq 4 316,67 bənd, Almaniya DAX-ı isə 0,70% geriləyərək 9 975,32 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% artıb və 1 272,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1419 (+0,33%) təşkil edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb