Roqozin: Biz heç vaxt ABŞ-a çata bilmərik

18:21 | 27.05.2016
Roqozin: Biz heç vaxt ABŞ-a çata bilmərik

Roqozin: Biz heç vaxt ABŞ-a çata bilmərik

"Rusiya bu sahədə amerikalılardan 9 dəfə geridədir”.

Baş nazirin müavini Dmtiri Roqozin bəyan edib ki, istehsalın 1,5 dəfə artırılması kosmik sahədə ABŞ-a çatmaq üçün yetərli deyil.   

Oxu.Az xəbər verir ki, hökumət başçısının müavininin sözlərini mayın 27-də İnterfaks sitat gətirib.

"İstehsalı 1,5 dəfə artırarıq, amma heç vaxt onlara çata bilmərik”, - Roqozin Sənaye və Ticarət Nazirliyinin kollegiyasında bildirib və qeyd edib ki, Rusiya bu gün bu sahədə amerikalılardan doqquz dəfə geridədir.

Baş nazirin sözlərinə görə, əgər Rusiya sənayesi bürokratiya ilə mübarizə aparmasa, rusiyalılar yenədə "NASA və İlon Maska” baxacaqlar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM