Yerevan təbii qaza görə İrana üz tutdu

20:19 | 13.07.2016
Yerevan təbii qaza görə İrana üz tutdu

Yerevan təbii qaza görə İrana üz tutdu

Ermənistanın baş naziri Ovik Abramyanla İranın birinci vitse-prezidenti İshaq Cahangiri arasında telefon danışığı olub, danışıq zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.  

Oxu.Az "news.am”a istinadən xəbər verir ki, telefon danışığı zamanı iyulun 10-dan avqustun 10-dək magistral kəmərdə aparılan təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz nəqlinin dayandırılmasını xatırladan O.Obramyan İrandan Ermənistana nəql olunan qazın həcminin artırılması ilə bağlı müraciət edib. İran tərəfi təklifə müsbət cavab verib.

Xatırladaq ki, Rusiyadan qaz nəqlinin dayandırılması səbəbi ilə Ermənistan əhalisinin qaz təchizatı yeraltı anbarlardakı ehtiyat qaz hesabına aparılacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM