Dollar bahalaşmaqda davam edir

09:36 | 20.07.2016
Dollar bahalaşmaqda davam edir

Dollar bahalaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 19-u ilə müqayisədə 0,2% artaraq 1,5662 manat təşkil edib.
 
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,35% zəifləyərək 1,7252 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0247 manat səviyyəsinə enib.
 
Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,72% azalaraq 0,5150 manat olub.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0531 manatdır. Beləliklə, funt sterlinq də 0,62%-lik ucuzlaşma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi isə 0,2% möhkəmlənərək 0,6679 manata yüksəlib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM