Neftin son qiymətləri

09:12 | 22.07.2016
Neftin son qiymətləri

Neftin son qiymətləri

Dünya birjalarında neftin qiymətləri açıqlandı.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,19% bahalaşaraq bir barelə görə 46,29 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04% azalaraq 44,73 dollar təşkil edib.

Qeyd edək ki, analitiklər neftin qiymətində müşahidə edilən ucuzlaşmanı bazarda neft ehtiyatlarının bolluğu ilə izah edirlər. Analitiklər bazarda neft ehtiyatlarının artacağını və bununla da neftin qiymətlərinin son üç həftədə ikinci dəfə azalacağını proqnoz edirlər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM