Neftin son qiymətləri

09:12 | 05.08.2016
Neftin son qiymətləri

Neftin son qiymətləri

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb. 

Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,93% ucuzlaşaraq bir barelə görə 43,88 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,91% azalaraq 41,55 dollar təşkil edib.

Melbourne İG Ltd.-nın bazar araşdırmaçısı Evan Lucas: "Qərbi Texas neftinin (WTI) qiyməti çox güman ki, 45 dollara qədər yüksələcək. ABŞ-dan gələn tələb olduqca yaxşıdır. Əgər qiymətlərdə dalğalanma olarsa, bu makrorisklər və geosiyası səbəblərdən dolayı olacaq”.
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM