Neftin son qiymətləri

09:24 | 10.08.2016
Neftin son qiymətləri

Neftin son qiymətləri

Dünya bazarlarında neftin qiyməti açıqlanıb.

Bu barədə Oxu.Az "Bloomberg”ə istinadən xəbər verir. 

Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,02% bahalaşaraq bir barelə görə 44,99 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12% ucuzlaşaraq 42,72 dollar təşkil edib.

ABŞ-da özəl sektorun açıqladığı göstəricilərə əsasən, neft ehtiyatlarında artım müşahidə edilir. Ehtiyatlar mövsümi olaraq 20 ilin ən yüksək səviyyəsində qalmağa davam edir. Bu səbəbdən də neftin qiymətlərində müşahidə edilən itkilər bir barelə görə 44 dollar ətrafında tarazlaşıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb