Neftin son qiymətləri

09:01 | 11.08.2016
Neftin son qiymətləri

Neftin son qiymətləri

Dünya bazarlarında neftin qiyməti enir.

Bu barədə Oxu.Az "Bloomberg”ə istinadən xəbər verir. 

Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,32% azalaraq bir barelə görə 43,91 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36% ucuzlaşaraq 41,56 dollar təşkil edib.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, keçən həftə ölkədə ticari xam neft ehtiyatlarının həcmi bir öncəki həftəyə görə, 1,05 milyon barel və ya 0,2% artıb.  Bazar gözləntisi isə 1,02 milyon barel idi. Bir öncəki həftə isə xam neft ehtiyatlarının həcmi 1,41 milyon barelə yüksəlmişdi.

Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI neftinin qiyməti müvafiq olaraq 44,99 və 42,72 dollar təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb