Rusiyanın ən müasir tankı - VİDEO

16:28 | 11.09.2016
Rusiyanın ən müasir tankı - VİDEO

Rusiyanın ən müasir tankı - VİDEO

Rusiya Müdafiə nazirliyi öz YouTube kanalında yeni super-tankı "T-14”ün ("Armata”) videosunu təqdim edib.

Oxu.Az xəbər verir ki, videoda tankın müxtəlif maneələrdən keçməsi əks olunub. 

Qeyd edək ki, "T-14” Rusiya müdafiə sənayesinin mühüm imic layihəsi və 1991-ci ildə SSRİ-nin dağılmasından sonra hazırlanmış ilk tankdır.

Tank 125 mm-lik yivsiz topla təchiz olunub, tankın qülləsi məsafədən idarə olunur. Qərb tankları ilə müqayisədə o daha manevrlidir və digər qoşun birləşmələri ilə qarşılıqlı əlaqə üçün bütün zəruri texnika ilə təchiz edilib. Burada əsas məqam setesentrik müharibələrin aparılmasıdır. 

Gələn il tankın kütləvi istehsalı başlamalıdır. 2020-ci ilədək Uraldakı zavodda 2300 tank – hər il 500 "Armata” buraxmaq planlaşdırılır. Müqayisə üçün – hazırda Almaniya Quru Qoşunları "Bundesver”in cəmi 225 "Leopard-2” tankı var.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM