“Fəhlə Xidməti” fəaliyyətə başladı - Azərbaycanda yenilik

12:07 | 20.09.2016
“Fəhlə Xidməti” fəaliyyətə başladı - Azərbaycanda yenilik

“Fəhlə Xidməti” fəaliyyətə başladı - Azərbaycanda yenilik

Azərbaycanda daha yeni bir sahə - "Fəhlə Xidməti” fəaliyyətə başladı.

Xidmətin əsas prinsipi və mahiyyəti tikinti - təmir zamanı yarana biləcək tikinti materiallarının daşınması (qum,daş,taxtavə s. evlərə və ofislərə tikinti materiallarının çatdırılması, bağ evlərində istənilən növ fəhlə işi, böyük qabaritli maşınlardan və tırlardan yüklərin boşaldılması eləcədə yüklənməsi kimi bütün növ fəhlə xidmətini təqdim edir. Fəhlə Xidməti 18.09.2016-cı il tarixində "Chırag Plaza"-da açılış və təqdimat mərasimi keçirdi.

Fəhlə Xidməti qonaqları arasında Beynəlxalq Telekommunikasiya Peyk təşkilatının Şərqi Avropa və Şimali Asiya ölkələri üzrə sədr müavini, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazilirliyinin əməkdaşı və eyni zamanda Texniki Elmlər Namizədi cənab Məzahim Quliyev, Vitr Fitnes-in rəhbəri, Povliflik üzrə 7 qat dünya çempionu, 4 qat avropa çempionu, 1 qat dünya rekordçusu Vüqar Namazov, Fəhlə Xidmətinin Həmtəsisçi və direktoru Söhbətov Mirqabil, Səfirliklərdən nümayəndələr, Çıraq Plazanın direktoru Azər Qurbanov və Fəhlə Xidmətinin təsisçi Vüqar Quluzadə də iştirak edib.

Açılış mərasimində ilk çıxış edən Məzahim Quliyev qonaqlara və şirkət rəhbərinə təşəkkür edərək, 2016-cı ildə Azərbaycanda tam yeni olan bu xidmətin üstünlüklərindən danışıb. Yenilikçi və tam yeni inovasiya ideası olan Fəhlə Xidmətinin işini yüksək qiymətləndirərək bazar araşdırmasının düzgün qiymətləndirilməsi eləcə də innovativ layihələrin ölkəmizdə tətbiq edilməsini yüksək qiymətləndirdi. Daha sonra, Məzahim müəllim çıxışında şirkətin bizlərə verdiyi üstünlüklərdən eyni zamanda elektron olaraq web - sayt üzərindən bu xidmətdən istifadə olunmasını yüksək qiymətləndirirdi. Çıxışının sonunda Fəhlə Xidməti kollektivinə, direktor və təsisçisinə öz dərin təşəkkürünü bildirərək işlərində daima uğurlar arzu etdi.

Daha sonra qonaqlardan Vüqar Namazov çıxışında Azərbaycanda tam yenilikçi layihə olan Fəhlə Xidmətinin kolletkivinə eləcə də rəhbərliyinə dəvət üçün öz dərin təşəkkürünü bildirdi. Qeyd edək ki, Vüqar müəllim öz çıxışında bu sahədə müştərilərin maraqları haqqında öz təkliflərini irəli sürmüşdü. Sonda bütün qonaqlara və Fəhlə Xidməti kollektivinə uğurlarının daim olmasını arzu etdi.

Növbəti çıxışda Mirqabil müəllim qonaqları salamlayaraq dəvəti qəbul edib gəldikləri üçün öz təşəkkürünü  bildirərək ,Azərbaycanda bul ayihənin necə əhəmiyyətli olması haqqında mühüm nöqtələrə toxundu. O, çıxışında şirkətin əsas iş prinsipini və gələcəkdəki hədəfləri haqqında geniş miqyasda məlumat verib.

Yekun olaraq şirkətin təsisçisi Vüqar Quluzadə çıxışında bütün qonaqları salamlayıb və hər zaman onlara dəstək olan şəxslərə  dərin təşəkkürünü bildirib. O, çıxışında Azərbaycanda tam yeni olan bu xidmətin əhəmiyyətini və fərqli olan digər xüsusiyyətlərini göz önünə çəkərərək qonaqlara məlumat verib. Daha sonra, Vüqar müəllim Fəhlə Xidmətinin xidmət sahələrini geniş izzah edərək web-saytlarının (www.fehle.az) təqdimatı , eləcə də  sosial şəbəkələrdəki səhifələri haqqında məlumat verib. Vüqar müəllimin sözlərinə əsasən ilk hədəfləri "Fəhlə Xidməti” Azərbaycanda ilk 6 ay ərzində Bakı şəhəri və ətraf rayonlarında müəyyən kütləyə yüksək səviyyədə xidmət göstərmək, bununla yanaşı 2020-ci ilə qədər Azərbaycanda brend şirkət olaraq beynəlxalq istiqamətdə özlərini inkişaf etdirəcəyini bildirdilər.

Tədbirin sonlarına yaxın bütün qonaqlara birgə açılış mərasimi üçün xüsusi hazırlanmış olan tort kəsildib və qonaqlara kollektiv olaraq xatirə fotosu çəkilib.
Fəhlə Xidməti qısa zamanda yeni iş yerləri və əməkdaşlıq üçün açıq olan vakansiyalar elan edəcəkdir. Bununla bağlı ətraflı məlumat üçün www.facebook.com/fehle.az və www.fehle.az saytına daxil olaraq məlumat əldə edə bilərsiniz.

Açılış mərasiminin proqramlanması və idarə olunması tam olaraq Fəhlə Xidməti kollektivi və İctimai Əlaqələr departamenti tərəfindən həyata keçirilib.










www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb