Bu rayonda qaz olmayacaq

10:41 | 07.10.2016
Bu rayonda qaz olmayacaq

Bu rayonda qaz olmayacaq

Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Milli.Az bildirir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aparılan abadlıq işləri ilə bağlı, qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin  qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcə də qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar, oktyabrın 7-də saat  09:00-dan 18:00-dək Abşeron rayonunun Xırdalan şəhəri və Güzdək, Qobu qəsəbələrinin, həmçinin Hökməli, Nübar, Atyalı, Quşçuluq adlanan ərazilərinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
 
Aparılan işlərin Xəzər rayonunun Şüvəlan və Binəqədi rayonunun Binəqədi, Rəsulzadə qəsəbələri ərazisinin  qaz təchizatına təsir göstərməsi mümkündür.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM