Dollar bahalaşdı

09:26 | 02.11.2016
Dollar bahalaşdı

Dollar bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 1-i ilə müqayisədə 0,67% artaraq 1,6490 manat təşkil edib.
 
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,64% möhkəmlənərək 1,8254 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl noyabrın 1-i ilə  müqayisədə 0,77% möhkəmlənərək 0,0261 manat səviyyəsinə yüksəlib.
 
Türkiyə lirəsinin məzənnəsi isə dəyişməyərək 0,5288 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0186 manatdır. Beləliklə, funt sterlinq 0,76%-lik artım nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi 0,37% möhkəmlənərək 0,6865 manat təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb