"Qara bazar"da dolların qiyməti

21:02 | 10.01.2017

"Qara bazar"da dolların qiyməti

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) texniki səbəblərə görə, hərracın təxirə salınması bazarda müxtəlif şayiələrin yaranmasına səbəb olub.

ANN.Az "Marja”ya istinadən xəbər verir ki, artıq insanlar AMB-nin hərraca 300 milyon dollar çıxartdığını və sabahdan 4%-lik marjanın ləğv olunduğundan danışırlar. 

Şayiələrin təsiri ilə "qara bazar”da qiymətlər düşüb. Artıq "qara bazar”da dolların 1,88 manata alındığı və 1,8950 manata satıldığı bildirilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM