Pensiyaçılara şad xəbər

22:30 | 31.12.2017
Pensiyaçılara şad xəbər

Pensiyaçılara şad xəbər

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə respublikamızın bütün şəhər və rayonları üzrə pensiyaların və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb".

Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. Onun sözlərinə görə, əvvəlki aylarda olduğu kimi, dekabr ayında da bu sahədə işlər vaxtında yerinə yetirilib.

"Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər vətəndaşların dekabr ayı üzrə pensiya və müavinətlərinin ödənişi təmin olunub. Qarşıdan gələn 2018-ci ildə də həmin sosial ödənişlərin hər ay üzrə vaxtlı-vaxtında maliyyələşdirilməsi həyata keçiriləcək", - deyə məlumatda bildirilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb