Bakıda avtobus piyadanı vurdu

14:07 | 28.01.2018
Bakıda avtobus piyadanı vurdu

Bakıda avtobus piyadanı vurdu

akıda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib. 

 Lent.az xəbər verir ki, Sabunçu rayonu ərazisində - Şəhər şosesində, Koroğlu metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusu yolu küçən yaşlı kişini vurub. 

"İsuzu” markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.

Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğludur.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM