Dollarla bağlı proqnoz

22:00 | 30.01.2018
Dollarla bağlı proqnoz

Dollarla bağlı proqnoz

"Dollara olan tələbin valyutadəyişmə məntəqələrində də azalması müşahidə olunur. Yanvar ayında bu tələbatın azalacağı gözlənilən idi".
Bu sözləri Sonxeber.az -a iqtisadçı alim Vüqar Bayramov son günlərdə valyuta bazarında dollara tələbin azalması nəticəsində bu valyutanın satış qiymətinin ucuzlaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank dekabrda 600 milyon dollara yaxın vəsaitin hərrac vasitəsi ilə satışını həyata keçirdi. Bu da dollara ehtiyacın artmasını göstərirdi. Bu tələbin azalması məzənnəyə cuzi olaraq təsir göstərir. Güman olunur ki, fevral ayında da məzənnə indiki səviyyədə qalarsa dollara tələbin nisbətən azalacağı gözlənilir. Yenidən mart ayında dollara ehtiyacın artacağı gözlənilir. Daha çox tələb artımının isə avqust və dekabr ayında olacağı proqnozlaşdırılır. Lakin, bu məzənnəyə heç bir təsir göstərməyəcək. Yenə də məzənnə Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

İqtisadçı bildirib ki, MB-nin son açıqlamasından manatı möhkəmləndirməkdə maraqlı olduğu anlaşılır. Amma, növbəti dövrdə məzənnənin necə dəyişməsi Mərkəzi Bankın qərarından asılı olacaq. Mərkəzi Bank neftin mövcud qiymətləri çərçivəsində hazırkı məzənnəni qoruyub saxlamağa çalışır.
 

Mart ayında dollara tələbin artacağı müşahidə edilsə də, kəskin tələb artımı gözlənilmir. Bu baxımdan məzənnədə ciddi dəyişikliyin olacağını demək tezdir.
 
Ümumiyyətlə, dollara kəskin tələb artımı ilin sonunda baş verir. 2017-ci ildə dollara ehtiyacın artması nəticəsində 6 milyon dollara yaxın vəsait satışa çıxarıldı. Lakin məzzənnədə dəyişiklik olmadı. Buna görə də ilin sonunda dollara tələbin kəskin artacağı təqdirdə məzənnənin hansı istiqamətdə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb