Vasif Talıbovdan mühüm sərəncam

11:20 | 30.11.2018
Vasif Talıbovdan mühüm sərəncam

Vasif Talıbovdan mühüm sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Anews.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə tapşırılıb ki, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və tanıdılması ilə bağlı tədbirlər görsün. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində təbiətin qorunmasını və yaşıllıq sahələrinin genişləndirilməsini təmin edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb