Dövlət İmtahan Mərkəzindən (DİM) Anews.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər (28634 nəfər) DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 22-24, 27 və 29 may tarixlərində DİM və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
DİM abituriyentlərin nəzərinə çatdırır ki, komissiyaya müraciət etməmişdən əvvəl onlar öz səhifələrində cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar.
Aprelin 21 və 28-də keçirilən imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !