SON DƏQİQƏ: ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yaydı

19:53 | 21.10.2019
ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Şuranın 19 oktyabr mitinqi ilə bağlı bəyanat yayıb. 

Həmin bəyanatda deyilir:

"Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Avropa Birliyinin bəyanatına dəstək verərək oktyabrın 19 keçirilən dinc etiraz aksiyasının dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polis tərəfindən göstərilən zorakılığı qəti şəkildə pisləyir. Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxlərin tezliklə azadlığa buraxılması təmin etməyə çağırırıq.

İnsanların azad şəkildə toplaşaraq fikirlərini bildirmək hüququnun təminatı güclü cəmiyyətin zəminini təşkil edir. Hökumətin səhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl olaraq qadağa qoyması və ya fikirlərini bildirmək isləyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi kimi atdığı addımlar insanların sözügedən hüquqdan yararlanmasına maneə törədir və Azərbaycanı zəiflədir. 

Etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarını məhdudlaşdırmaq Azərbaycanın maraqlarını qorumur, əksinə Azərbaycanın imkanlarını məhdudlaşdırır. Toplaşmaq və söz azadlıqları Azərbaycanın konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq.

Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirir və xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid edir".

www.anews.az
loading...