Qəfil sual: "Aldığınız təqaüd sizi görürmü?" - VİDEO

19:53 | 15.01.2020
Qəfil sual:

Qəfil sual: "Aldığınız təqaüd sizi görürmü?" - VİDEO

Azərbaycanın Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təqaüdçülərin təqaüdünün  bu ilin sentyabrında artıq artırılması barədə dəfələrlə məlumat versə də təqaüdçülər hələlik əllərinə artırılmış təqaüd almadıqlarını bildirir. 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə deyir ki,  "Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. 

Odur ki, artım cari ilin əvvəlindən tətbiq ediləcək və yanvar aynın pensiyalarına ediləcək artımlar fevral ayının pensiyası ilə birgə veriləcək. 

Pensiyaların indeksləşdirilərək artırılması pensiyaçıların təxminən 93-94 faizinə şamil olunacaq. Qalan pensiyaçılar isə "Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplardır (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və b.) ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir. 

Qanunvericiliyə uyğun olaraq, bu ay ərzində sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə inflyasiya göstəricisinə uyğun indeksasiya edilərək artırılması təmin ediləcək.
 

 Təqaüdçülər həmçinin təqaüdün onların ehtiyaclarına uyğun olmadığınız söyləyirlər. 
 
Bakıda yaşayan bir sıra təqaüdçülərin fikirlərini diqqətinizə çatdırırıq:
 
Hazırladı:
Mahir Rüstəmli
Əbülfət Baxşəli
Samirə Əliyeva
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb