Fermerlərə ŞAD XƏBƏR

13:21 | 02.03.2020
Fermerlərə ŞAD XƏBƏR

Fermerlərə ŞAD XƏBƏR

Bu günədək 179 min "Fermer kartı" çap olunaraq bölgələrə göndərilib.
 
Pravda.az-ın xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
 
Onun sözlərinə görə, fermerlər "Kapital Bank”ın filiallarına yaxınlaşaraq sözügedən kartları əldə edə bilər: "Artıq məlumatları təsdiqlənən yoxlamadan keçən fermerlərə subsidiyaların ilk tranşı köçürülüb və mart ayının 20-dək digər məbləğlərin də köçürülməsi nəzərdə tutulur", - V. Hüseynov qeyd edib.
 
O həmçinin əlavə edib ki, bu günədək 80 min fermer bu kartlarla təmin olunub və 10,565 mln. manat məbləğində subsidiya artıq fermerlərə köçürülüb.
 
"Mərhələli şəkildə məlumatlar yoxlanıldıqca məbləğlər kartlara köçürüləcək və ən optimal müddətdə subsidiyaların köçürülməsi prosesi başa çatdırılacaq", - V. Hüseynov əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb