Neftçala bələdiyyəsinin sədrinə cinayət işi açılıb

21:00 | 31.03.2020
Neftçala bələdiyyəsinin fəaliyyətinin araşdırılması zamanı 1,34 ha torpaq sahəsinin real qiymətindən ucuz satılması müəyyən edilib.


"Report”un xəbərinə görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə) qeyd edilib.


Bildirilib ki, bununla da bələdiyyə büdcəsinə 117, 922 manat ziyan vurulması, müvafiq təsdiqləyici sənədlər olmadan təmir-abadlıq işlərinin görülməsinə bələdiyyə büdcəsindən 13,103 manat vəsaitin silinməsi müəyyən edilib. Həmçinin səlahiyyətli olmadığı halda bələdiyyə sədri tərəfindən qərarlar qəbul edilməsi faktları üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM