Qanunsuz yaşayan əcnəbilər vaksinasiyaya cəlb ediləcək

12:51 | 28.01.2022
Qanunsuz yaşayan əcnəbilər vaksinasiyaya cəlb ediləcək

Qanunsuz yaşayan əcnəbilər vaksinasiyaya cəlb ediləcək

Dövlət Miqrasiya Xidməti vaksinasiya tədbirlərinin Azərbaycanda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunması üçün aiddiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər görür, bu barədə Dövlət Miqrasiya Xidmətindən verilən məlumatda deyilir.

"Xatırlatmaq istərdik ki, ölkəmizdə qanuni əsaslarla yaşayan (ölkədə olması və yaşması üçün müvafiq icazələr verilmiş) əcnəbilər Azərbaycan vətəndaşları ilə bərabər şərtlər əsasında vaksinasiya oluna bilirlər.

Bununla əlaqədar, ölkəmizdə qanunsuz vəziyyətdə yaşayan əcnəbilərin də vaksinasiya tədbirlərindən yararlanmasının təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti həmin şəxsləri vaksinasiya ilə bağlı tələb olunan müvafiq sənədlərin əldə edilməsi üçün regional miqrasiya idarələrinə yaxınlaşmağa dəvət edir. Regional miqrasiya idarələrinin ünvanlarını buradan əldə etmək mümkündür.

Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz”, - məlumatda vurğulanır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb