Azərbaycan nefti bahalaşıb

09:48 | 19.03.2024
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,83 ABŞ dolları, yaxud 0,95 % artaraq 88,53 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti