Azərbaycan nefti 1 dollar bahalaşıb

09:47 | 17.04.2024
Azərbaycan nefti 1 dollar bahalaşıb

Azərbaycan nefti 1 dollar bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları, yaxud 1,09 % bahalaşraq 93,06 ABŞ dolları təşkil edib.

Bu barədə  neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 90,02 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb