28 mayda əvf olacaqmı?

14:55 | 23.05.2015
28 mayda əvf olacaqmı?

28 mayda əvf olacaqmı?

Əfv sərəncamının verilməsi prezidentin səlahiyyətində olan məsələdir. Prezident yanında Əfv Məsələləri Komissiyası daim işləyir, müraciətlər alır. Əfv Komissiyasının üzvü olaraq bizim borcumuz komissiyaya gələn məktubları, müraciətləri analiz edib, sonra komissiyaya təqdim etməkdir”.

Bunu Modern.az saytına komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı  deyib.

Deputatın sözlərinə görə, Əfv Komissiyasına davamlı olaraq vətəndaşlardan məktublar gəlir: "Bu məktubların Əfv Komissiyasının əsasnaməsinin prinsiplərinə uyğunluğu yoxlanılır. Müraciəti təhlil edəndən sonra siyahı müvafiq sektora təhvil verilir. Müraciətlərə baxılması, sənədlərin toplanması, rəylərin alınması böyük bir prosesdir. Bütün bu məsələlər üzərində işçi qrup çalışır. Beləliklə də komissiyanın işi tənzimlənir.

Komissiyaya kifayət qədər məktub daxil olub. Bu davamlı bir proses olduğu üçün onların dəqiq sayı barədə məlumat vermək çətindir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb