50 yeni avtobus alınacaq

18:00 | 26.12.2014
50 yeni avtobus alınacaq

50 yeni avtobus alınacaq

Bakı-2015 Avropa Oyunlarına hazırlıq çərçivəsində "Bank VTB (Azərbaycan)” 50 yeni avtobusun alınması üçün Safa Trans şirkətinə 7 mln manat məbləğində kredit ayırıb.

ANN.Az "Report”a istinadən xəbər verir ki, ilk 25 avtobus artıq Bakıya gətirilib və şəhər marşrutları üzrə işə başlayıb. "İsuzu” City Bus markalı Türkiyədə istehsal olunmuş nəqliyyat vasitələri sərnişinlərin təhlükəsiz və rahat gedişi üçün tam komplektasiya olunub. Avtobuslar AVRO-5 ekoloji standartına cavab verir, kondisioner və isitmə sistemləri ilə təchiz olunub, uşaqlar, yaşlı və fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrə malikdir. Araba ilə hərəkət edən sərnişinlər üçün avtobuslarda panduslar quraşdırılıb. Hər bir avtobus 27 oturacağa malikdir.

"2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycan üçün böyük uğurdur. Bank VTB (Azərbaycan) bu əhəmiyyətli tədbirin hazırlığına öz tövhəsini verməkdən qürur duyur. Dünya standartlarının tələblərinə uyğun avtobuslaırn alınmasının maliyyələşdirilməsini Avropa Oyunlarına bizim dəstəyimizin ilk mərhələsi hesab etmək olar”,- deyə, bank VTB (Azərbaycan) – ın İdarə Heyətinin üzvü Zaur Rəsulov bildirib.

"Bank VTB (Azərbaycan)” ASC "VTB Bank” ASC-nin törəmə bankıdır. "Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları: "VTB Bank” ASC və "AtaHolding” ASC-dir. "Bank VTB (Azərbaycan)” ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb