87-ci mövsümün ilk premyerası

16:35 | 04.10.2014
87-ci mövsümün ilk premyerası

87-ci mövsümün ilk premyerası

Oktyabrın 11-12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 87-ci teatr mövsümünün ilk premyerasını təqdim olunacaq.Teatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, mövsümün ilk yeni tamaşası rus xalq nağılı əsasında səhnələşdirilmiş “Qoğalın sərgüzəştləri” adlı nağıl-müzikldır.Tamaşanın səhnə redaksiyasının müəllifi gənc yazıçı Pərvin, quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu və musiqi nömrələrinin tərtibatçısı İradə Muradovadır.Nağıl-müziklda əsas obrazları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev və başqaları ifa edəcəklər.Musiqili, əyləncəli, eyni zamanda, ibrətamiz hadisələrlə zəngin müzikl kiçik yaşlı tamaşaçıları düzlüyə, prinsipiallığa səsləyir, pisi yaxşıdan ayırmaq kimi insani keyfiyyətləri aşılayır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM