88 yaşlı kral öldü, ölkədə matəm elan olundu

17:29 | 13.10.2016
88 yaşlı kral öldü, ölkədə matəm elan olundu

88 yaşlı kral öldü, ölkədə matəm elan olundu

Tailand Kralı Bhumibol Adulyadej bu gün 89 yaşında Banqkok xəstəxanasında vəfat edib.

AzVision.az -ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Krallıq sarayından bildiriblər.

Ölkənin baş naziri kralın ölümü ilə bağlı ölkədə matəm ili elan edib. Matəm ili ərzində bütün vəzifəli şəxslər qara rəngdə paltar geyinəcək, ölkədə təmtaraqlı və müsqili tədbirlər keçirilməyəcək. 

Ötən həftə onun qızı - şahzadə Çulabhorn milli telekanalın efirində atasının sağlamlığının qaydasında olmadığını bildirmiş və xəstələrə şəfa dilənməsi üzrə buddist dua mərasimində iştirak etmişdi.

Qeyd edək ki, B.Adulyadej 1946-cı ildən Tailanda rəhbərlik edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM