9 günlük körpə koronavirus şübhəsi ilə karantinə alındı

12:19 | 25.03.2020
Gürcüstanın Marneuli rayonundan olan 9 günlük körpə koronavirus şübhəsi ilə Tbilisi Dövlət Tibb Universitetinin klinikasına yerləşdirilib.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə klinikanın direktoru Levan Ratiani məlumat verib.
 
Onun sözlərinə görə, yeni doğulmuş körpənin ağır tənəffüs çatışmazlığı problemi var. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
 
Qeyd olunub ki, koronavirusla bağlı testlər də artıq körpədən götürülüb və analiz edilməsi üçün labaratoriyaya göndərilir.APA

www.anews.az

Xəbər lenti