ABŞ-a cavab: General Xan Moskvaya gedir

19:48 | 29.01.2018
ABŞ-a cavab: General Xan Moskvaya gedir

ABŞ-a cavab: General Xan Moskvaya gedir

Pakistan Müdafiə naziri Xürrəm Dastgir Xan aprelin əvvəllərində Moskvaya gələcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Pakistanın Rusiyadakı Səfirliyi yayıb. Səfirlik Xanın Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcəyini bildirib.

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı aprelin 4-də keçiriləcək.

Qeyd edək ki, ABŞ-la Şərqdəki ən yaxın müttəfiqi Pakistan arasında son günlər ciddi narazılıq yaşanır. ABŞ ayırdığı milyardlar müqabilində Pakistanı terrora qarşı ciddi mübarizə aparmamaqda və hətta terroru dəstəkləməkdə ittiham edib. Pakistan isə buna sərt reaksiya göstərib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb