ABŞ Qafqazdakı işlərə müdaxiləni dayandırmalıdır - Dövlət Departamentinin keçmiş müşaviri

15:34 | 09.04.2024
ABŞ Qafqazdakı işlərə müdaxiləni dayandırmalıdır -  Dövlət Departamentinin keçmiş müşaviri

ABŞ Qafqazdakı işlərə müdaxiləni dayandırmalıdır - Dövlət Departamentinin keçmiş müşaviri

Ermənistanın davamlı inkişafı naminə ABŞ Cənubi Qafqazdakı işlərə müdaxiləni dayandırmalıdır. Bunu ABŞ Dövlət Departamentinin keçmiş müşaviri , analitik Ceyms Karden bildirib. 

" Vaşinqtonun xoşuna gəlməyə bilər, amma əgər Ermənistanın xoşbəxt gələcək şansı varsa və Ermənistan kimi möhtəşəm, qədim xristian sivilizasiyası buna layiqdirsə, biz Qafqaza müdaxiləni dayandırmalı və zərəri məhdudlaşdırmalıyıq”, - O, fikirlərini The American Conservative üçün yazdığı məqalədə bölüşüb.


Kardin oxuculara xatırladıb ki, Aİ bu yaxınlarda Avropa İttifaqının "yeni və iddialı tərəfdaşlıq proqramı” adlandırdığı Ermənistan iqtisadiyyatına dəstək üçün 270 milyon avro ayırdığını elan edib.
 
O yazır ki, hadisələrin bu inkişafı "yaxşı keçilmiş yoldur və onu qəbul edənlər üçün son dərəcə təhlükəlidir".

Ukrayna nümunəsinə müraciət edən Kardin vurğulayıb ki, "Ermənistan Ukrayna təcrübəsindən faydalı dərslər ala bilər”.
 
Bundan əvvəl LDPR rəhbəri bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsini Ukrayna yolu ilə aparır.
 
Bir neçə gün öncə  Brüsseldə keçirilən Ursula fon der Leyen, Entoni Blinken, Xosep Borrel və Nikol Paşinyanla birgə görüşdə Ermənistana yaxın 4 ildə Avropa Komissiyası növbəti 4 il ərzində Ermənistana 270 milyon avro grant ayıracağını açıqlayıb. 
 
Bundan əvvəl İran dəfələrlə açıqlayıb ki, regionda beynəlxalq sərhədlərin dəyişməsinə səbəb olacaq hər hansı geosiyasi dəyişikliyi qəbul etmir.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM