ABŞ-da avtomobil piyadalara çırpılıb: xəsarət alanlar var

14:40 | 05.09.2017
ABŞ-da avtomobil piyadalara çırpılıb: xəsarət alanlar var

ABŞ-da avtomobil piyadalara çırpılıb: xəsarət alanlar var

Hadisə zamanı 8 nəfər xəsarət alıb.

ABŞ-ın Filadelfiya şəhərində avtomobil piyadaları vurub.

"Report"un məlumatına görə, bu barədə "NBC Philadelphia" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Əmək gününə həsr olunmuş şənliyin keçirildiyi ərazidə baş verib. Qəza zamanı 8 nəfər xəsarət alıb.

Onlar arasında bir neçə yaşlı insan və hamilə qadın da var.

Şahidlər bildiriblər ki, sürücü təhlükə haqqında siqnal verməyib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Polisdən bildirilib ki, avtomobili qadın sürücü idarə edib. O, sərxoş vəziyyətdə olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb